Çempionlar Liqasının final matçının hakimləri açıqlanıb
UEFA Çempionlar Liqasında final matçının hakimləri açıqlanıb.
“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İngiltərənin “Liverpul” və “Tottenhem” komandaları arasındakı həlledici görüş Sloveniyadan olan hakimlər briqadasına həvalə olunub. Baş hakim Damir Skominaya yan xətt hakimləri Yure Praprotnik və Robert Vukan köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə ispaniyalı Mateu Laos yerinə yetirəcək.
Əsas Video-Köməkçi Hakim (VAR) hollandiyalı Danni Makkeli, onun köməkçiləri həmyerlisi Pol van Bukel və almaniyalı Feliks Tsvayer olacaq. VAR-da oyundan kənar vəziyyətə isə almaniyalı Mark Borş baxacaq.
Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki Vanda Metropolitano stadionunda olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldonun məhkəmə çəkişməsi yekunlaşdı
Ramil Şeydayev klubunu dəyişə bilər
Futbol tarixində rekord transfer təklifi və dünyanın ən yüksək məvacibi…
"Qarabağ" - "Omoniya" oyununa satılmış biletlərin sayı açıqlanıb
“Fənərbaxça” belə uduzdu
AVRO-2020-də müvəqqəti əvəzləmə tətbiq oluna bilər
Almaniyada ilin məşqçisinin adına aydınlıq gəldi