Çempionlar Liqası: II təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib
Futbol üzrə Çempionlar Liqasında II təsnifat mərhələsinin bütün cütlərinin tərkibi müəyyənləşib.
“Report” xəbər verir ki, Çempionlar Yolunda Azərbaycan təmsilçisi “Qarabağ” Albaniya təmsilçisi “Kukesi”yə rəqib olub. İlk oyun 24-25 iyulda səfərdə, cavab görüşü 31 iyul – 1 avqustda Bakıda baş tutacaq. Hələlik dəqiq vaxt məlum deyil.
“Qarabağ”ın sabiq futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan “Astana”sı isə Danimarka “Mityulland”ına rəqib olub. İlk oyun Astanada olacaq.
Çempionlar Liqası, II təsnifat mərhələsi
Çempionlar Yolu
“Astana” (Qazaxıstan) – “Mityulland” (Danimarka)
“Ludoqorets” (Bolqarıstan) – “Videoton” (Macarıstan)
“Kukesi” (Albaniya) – “Qarabağ” (AZƏRBAYCAN)
ÇFR (Kluj, Rumıniya) – “Malmö” (İsveç)
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Hapoel” (Beer-Şeva, İsrail)
“Srvena Zvezda” (Serbiya) – “Suduva” (Litva)
BATE (Borisov, Belarus) – HİK (Helsinki, Finlandiya)
“Şkendiya” (Makedoniya) – “Şerif” (Moldova)
“Legiya” (Varşava, Polşa) – “Spartak” (Trnava, Slovakiya)
“Seltik” (Şotlandiya) – “Rusenborq” (Norveç)
Liqa Yolu
PAOK (Yunanıstan) – “Bazel” (İsveçrə)
“Ayaks” (Hollandiya) – “Şturm” (Qrats, Avstriya)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı
Sabah "Old Trafford"da tarixi imtahana çıxır
Nizami City: Şəhərin mərkəzində yeni həyat ünvanı
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir