Çavuşoğlu Türkiyə və Azərbaycan vətəndaşlarının təxliyəsinə görə Çinə təşəkkür edib
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu koronavirusdan ölənlərin yaxınlarına və Çin xalqına başsağlığı verib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, Türkiyə koronavirusun qeydə alındığı Uhan şəhərinə tibbi ləvazimatlar yola salan ölkələrdən biridir.
“Türkiyəyə səfər edən Çin vətəndaşlarının təhlükəsiz şəraitdə ölkələrinə qayıtmaları üçün birlikdə əməkdaşlıq edəcəyik və müvafiq addımlar atılacaq. Eyni zamanda ehtiyac yaranacağı təqdirdə yenə Çinə əlavə tibbi ləvazimatlar yola salınacaq. Türkiyə, qardaş Azərbaycan, qonşu Gürcüstan və Bolqarıstan vətəndaşlarının ölkəmizə gətirilməsində nümayiş etdirdiyi əməkdaşlıq və dəstək üçün Çin rəsmilərinə təşəkkür edirəm”, – deyə Türkiyə XİN başçısı vurğulayıb.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Xatırladaq ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə ümumilikdə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Gürcüstan və başqa ölkələrin vətəndaşları olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda