Çavuşoğlu: Türkiyə S-400 zenit raket komplekslərini Azərbaycana vermək niyyətində deyil
Ankara Rusiyadan aldığı S-400 Zenit Raket Komplekslərini (ZRK) Qətər və Azərbaycana vermək niyyətində deyil.
İnterAz RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Daha əvvəl Türkiyə mətbuatı Ankaranın sözügedən ZRK-ları Qətər və Azərbaycana verəcə biləcəyini yazmışdı.
“Söhbət S-400-lərin Qətər və Azərbaycana yerləşdirilməsi planlarından getmir. Bu məsələ tərəfimizdən heç vaxt müzakirə olunmayıb. Bu məlumat daim KİV-də dövr edir. Əslində isə bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Biz Rusiya ilə saziş bağlamışıq və indi onların göndəriləcəyi vaxtı razılaşdırırıq. Əgər Rusiya kompleksləri Azərbaycana satmaq qərarına gəlsə, o bunu birbaşa, vasitəçisiz edəcək. Xüsusən də, bu ölkələr arasında yaxşı münasibətlər var”, – deyə Çavuşoğlu bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çavuşoğlu Bakıda sülhün yalnız müharibə ilə bitmədiyini vurğuladı
Məktəblərin ödənişli olması və repetitorluğun ləğvi müzakirə edilir
Vaşinqtonda milyoner vergisi ləğv edilə bilərmi?
Qərbi azərbaycanlıların pulsuz hüquqi yardımdan faydalanması müzakirə olunur
Yaxın Şərqdəki münaqişələr Netanyahu üçün siyasi üstünlükdür
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını təsdiqlədi