Çavuşoğlu: “Sergey Lavrovla danışdım, yaxın günlərdə yaxşı xəbərlər gözləyirik”
“Ukraynada olan Türkiyə vətəndaşlarının təxliyəsi davam edir”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Antalya Diplomatiya Forumunda Ukraynadakı mülki vətəndaşların təxliyəsi məsələsi geniş müzakirə olunub. Nazir söyləyib ki, bu ölkədəki Ahıska türkləri, Krım tatarları və digər xalqların nümayəndələrini də təxliyə edirlər.
“Azərbaycanlı qardaşlarımızın təxliyəsi ilə bağlı da əvvəldən məlumat vermişdik. Biz, əlbəttə, Ukraynanın ərazi bütövlüyünü tanıyırıq. Digər tərəfdən də mülki əhalinin ölkədən çıxması ilə bağlı müzakirələrimizi davam etdiririk”, – o bildirib.
M.Çavuşoğlu xatırladıb ki, ötən gecə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefonla danışıb: “Şərtlər tədricən formalaşır. Yaxın günlərdə yaxşı xəbərlər gözləyirik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi