Cavidanın müəmmalı ölümünün səbəbi bilindi - Ekspertiza rəyi
Aktrisa Pərvin Abıyevanın sevgilisi – keçmiş polis leytinantı Murad Abdullayevin qardaşı Cavidan Abdullayevin ölüm səbəbi məlum olub.
Minval.info xəbər verir ki, 01.01.2020 -ci ildə istirahətə getdiyi yerdə cəsədi tapılan C.Abdullayevin əvvəldən ürəyi zəif olub.
Mərhumun müəmmalı səbəbdən öldüyü deyilsə də, Kiyev şəhər Məhkəmə Tibbi Ekspertizasının rəyindən məlum olub ki, C. Abdullayev kəskin ürək çatışmazlığından və işemik insultdan dünyasını dəyişib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Qeyd edək ki, işemik insult – qan təchizatının çatışmazlığı nəticəsində beynin zədələnməsindən əmələ gələn, bir gün ərzində ölümə gətirib çıxaran nevroloji simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur.
Onu da bildirək ki, C. Abdullayevin Kiyevdə olma səbəbi Yeni ili orada keçirməklə bağlı imiş. Belə ki, o, bayram gecəsi qardaşı Murad Abdullayev, aktrisa Pərvin Abıyeva, “Miss Azerbaijan-2019” gözəllik yarışmasının qalibi Səmra Hüseynova və aparıcı Seyran Əliyeva ilə birgə “CHI club Kiev”də olub. Cavidan bayram gecəsi vəfat edib.
Ekspertiza rəyini “Xəbərçi.az” səhifəsi yayımlayıb.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda