Canlı yayımda zəlzələ qurbanlarına 51 milyon yığıldı - Nazirlər də yardım etdi
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
ƏLAQƏLİ
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
TV8 və “Acun Medya”nın rəhbəri Acun Ilıcalı Elazığdakı zəlzələdə zərər görən vətəndaşlara yardım kampaniyasına start verib.
“Tək Ürək” adlı proqram 5 saat davam edib və 51 milyon TL-dən (14 milyon 575 min 800 AZN) çox pul yığılıb. Acun sözügedən məbləğə TV 8-in 26 yanvar tarixində qazanılan reklam gəlirlərinin də əlavə olunacağını açıqlayıb. Xeyriyyə kampaniyasına tanınmış iş adamları, siyasətçilər, idmançılar, mədəniyyət üzvləri qoşulublar.
.jpg)
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Xarici İşlər naziri Mövlud Çavuşoğlu da canlı yayıma bağlanaraq kampaniyaya qoşulduğunu qeyd edib: “Simvolik də olsa bir aylıq maaşım 26 min TL-ni (7430 AZN) bağışlayıram. Həmçinin xanımım Hülya da öz maaşını zərərçəkənlərə verir”.
Bundan əlavə proqrama iki dəfə bağlanan Daxili İşlər naziri Süleyman Soylu da Acun Ilıcalı və komandasına təşəkkür edərək bir aylıq maaşı olan 20 min TL-ni (5716 AZN) bağışlayıb: “Hörmətli Prezidentimizlə danışdım. Proqram barədə məlumat verdim. Çox xoşbəxt oldu və hər kəsi təbrik etdi”.
Ən böyük bəxşişi isə “Kazancı Holding”in rəhbəri Cemil Kazancı verib. O, vətəndaşlara 2 milyon lirə (571 min 600 AZN) miqdarında kömək edib.
.jpg)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda
