Cahangir Hacıyev barəsində qərar elan olundu
Qaradağ Rayon Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyevin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
Bu barədə “Report”a C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib.
Onun sözlərinə görə, hakim Rufan Mürsəlovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, istintaq orqanının təqdimatı təmin edilib, C.Hacıyevin həbs müddəti daha iki ay artırılıb.
Vəkil bildirib ki, ibtidai istintaq başa çatıb, lakin müvəkkili cinayət materialları ilə tanış olur.
Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sabiq bankir apellyasiya şikayəti verib.
Daha sonra C.Hacıyev və daha 25 nəfərə cinayət işi başlanılıb. 25 nəfər isə artıq cinayət materialları ilə tanış olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!