Çağırışçıların Tibbi müayinəsində yeni mərhələ: Kimlər yekun yoxlamaya düşür?
Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsi zamanı müəyyən kateqoriyalara aid edilən şəxslər yekun tibbi müayinəyə cəlb olunurlar. Bu kateqoriyalar arasında sıradankənar həqiqi hərbi xidmətə yararlılıq, sağlamlıq vəziyyətinə görə müvəqqəti yararsızlıq və dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq kimi hallar yer alır.
Minval.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Nazirliyin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Tibbi Qiymətləndirmə Mərkəzində müayinələr aparılır.
Yekun tibbi müayinə, Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən Nazirliyin “Tibbi şəhadətləndirmə” altsisteminə daxil edilən göndəriş əsasında, e-növbəlilik qaydasında həyata keçirilir. Mərkəz ən müasir tibbi avadanlıqlarla təchiz edilib və burada ixtisaslaşmış peşəkar həkimlər tərəfindən müxtəlif tibbi analizlər və müayinələr aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır
Velosiped və skuterlərlə bağlı yeni təklif: tələbələrə güzəşt edilə bilər
Turpaket alarkən diqqət edilməli məqamlar: səyahət kabusa çevrilməsin
Afət Rahilqızının həyat yoldaşı sosial medianın müzakirələrinə cavab verdi
İşsiz vətəndaşlara maddi yardım: Kimlər faydalana bilər?
Pensiyaya çıxanlara birdəfəlik müavinət nəzərdə tutulub