Cənubi Koreya və ABŞ birgə hərbi təlim keçirməyə qərar verib
Cənubi Koreya və ABŞ yeni birgə hərbi təlim keçirəcək.
ONA-nın xəbərinə görə, bu barədə Yonhap agentliyi Cənubi Koreya və ABŞ hərbi qərargahlarına istinadən məlumat yayıb.
Seul və Vaşinqton bundan əvvəl ləğv etdikləri “Key Resolve” və “Foal Eagle” birgə hərbi təlimlərinin əvəzinə 4-12 mart tarixlərində “Alyans” adı altında birgə hərbi təlim keçirəcək. Birgə hərbi təlimdə məqsəd Koreya yarımadasında hərbi əməliyyatların strateji və taktiki aspektlərini işləyib hazırlamaqdır.
Qeyd edək Ki, bundan əvvəl Cənubi Koreya və ABŞ Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesinin sürətləndirilməsi üçün birgə komanda-qərargah təlimlərini dayandırdıqlarını bəyan etmişdi. Bu qərar ABŞ-ın müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanaxan və Cənubi Koreya müdafiə naziri Çon Qyon Du arasında telefon danışığı zamanı qəbul edilib. “Key Resolve” və “Foal Eagle” birgə hərbi təlimləri adətən fevralın sonu və aprelin ortalarında keçirilib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və Şimali Koreya sammitdə tərəflər razılığa gədə bilməyib. Xonoedə 27 və 28 fevral tarixlərində keçirilən bir neçə görüşdə, o cümlədən ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İn birgə sənəd imzalamayıb, danışıqları davam etdirmək barədə razılığa gəliblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü