04.02.2018 - 20:06
Gündəm
24 baxış
Cəlilabadda sürüşmə zonaları aktivləşdi
Son yağıntılardan sonra Cəlilabad-Yardımlı avtomobil yolundakı sürüşmə zonalarında aktivlik müşahidə olunmağa başlayıb.Minval.info xəbər verir ki, “Report”un Aran bürosunun verdiyi məlumata görə, yolun Kövüzbulaq və Pərdi kəndləri arasındakı hissəsində, müxtəlif yerlərdə iri çatlar əmələ gəlib.
Yağıntıların təsirindən asfalt qatı tədricən sıradan çıxmağa başlayıb. Sürücülər bunun daha təhlükəli ola biləcəyindən narahatdırlar. Buradakı yol yatağının erroziyaya uğraması istənilən vaxt sürüşmənin baş verməsinə şərait yaradır.
Kənd sakinləri deyirlər ki, ərazidən mütəmadi olaraq yük avtomobillərinin keçməsi də yolun sürüşməyə meylli ərazilərində çökmələrin yaranmasına gətirib çıxarıb. Yolun Xanəgah kəndinə düşən hissəsində isə təpəlik ərazidə olan torpaq layları yola doğru axın edib.
Cəlilabad-Yardımlı avtomobil yolu dağlıq və təpəlik ərazilərdən keçdiyi üçün aktiv sürüşmə sahəsində yerləşir. Hər il payız-qış mövsümündə ərazidəki sürüşmə zonaları aktivləşir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
19.10.2026 - 16:34
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
15.10.2026 - 01:46
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
14.10.2026 - 23:00
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
10.10.2026 - 16:48
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
10.10.2026 - 15:48
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
10.10.2026 - 13:58
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
10.10.2026 - 12:18