Cəlilabadda karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən altı obyekt aşkarlanıb
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon İcra Hakimiyyəti ilə Rayon Polis Şöbəsi və digər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər zamanı rayon ərazisində fəaliyyət göstərən “Ulduz”, “Xəzri”, “Beer House”, “Alar” və digər bir kafedə, “Əli Tekstil” adlı tikiş sexində xüsusi karantin rejiminin qaydalarına əməl edilmədiyi, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb.
Karantin qaydalarının pozulduğu həmin obyektlərin fəaliyyəti ilə bağlı doqquz nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.
Həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bird aha izah edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ali Məhkəmədə yeni şöbə yaradılıb
Prezident İlham Əliyev sərəncam verdi
Alimpaşa Məmmədov 3 milyon manatlıq şirkəti öz oğluna 40 manata satıb
DİN evdən çıxmamaqla bağlı vətəndaşlara xəbərdarlıq etdi
DİN-dən 30-dan çox yüksək rütbəli şəxsin işdən azad olunmasına REAKSİYA