Cəlilabadda karantin postundan keçmək istəyən COVID-19 xəstəsi aşkarlanıb
Cəlilabad rayonunun girişində qurulmuş stasionar postda rayon ərazisinə daxil olmaq istəyən sürücülərdən birinin koronavirus infeksiyasının daşıyıcısı olduğu aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”un Muğan bürosuna verilən məlumata görə, müvafiq yoxlama zamanı Cəlilabad rayonu ərazisinə daxil olmaq istəyən Biləsuvar rayonunun Xırmandalı kənd sakini C.Məmmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunduğu və yaşayış yerini tərk etməməsi barədə xəbərdar edildiyi müəyyən edilib.
ƏLAQƏLİ
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
Karantin qaydalarını kobud şəkildə pozan həmin şəxsə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bir daha xəbərdarlıq edilib və polis əməkdaşları tərəfindən yaşadığı ünvana qaytarılması təmin olunub.
Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu