Bütün avtobuslar kart sisteminə keçəcək - BU TARİXƏDƏK

2019-cu ilin sonunadək bütün avtobusların “BakıKart” sisteminə inteqrasiyası yekunlaşacaq.
Minval.İnfo-nun Trend-ə istinadən verdiyi məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli bu gün keçirilən mətbuat konfransında deyib.
V.Kərimli qeyd edib ki, bununla bağlı müvafiq tapşırıqlar verilib:
“Həmçinin ilin sonuna kimi “Bakıkart” ödəmə kartının balansının onlayn artırılması, bir sərnişinin bir gündə “Bakıkart”dan nə qədər istifadə etdiyi bilinəcək.
Bundan başqa, avtobus sürücülərinin özləri də kartla təmin ediləcək. Bu, çox çətin prosesdir. Hazırda bununla bağlı bir şirkətlə danışıqlar aparılır. Razılıq əldə ediləndən sonra bu sistemin tətbiqinə başlanacaq və ilin sonuna qədər yekunlaşacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!