Buster doza vurdurmayanlar qapalı məkanlarda cərimə oluna bilərmi?
Fevral ayının 15-dən sonra elektron sistemdə bütün dozalar üzrə məlumatlar öz əksini tapıb.
Musavat.com xəbər verir ki, “Peyvənd sertifikatı”nın “Etibarlılıq müddəti” bölməsində isə sertifikatın müddəti qeyd edilib.
Belə ki, 2 doza aşı olanlar üzrə 6 ay müddət qeyd edilir, buster doza və ya 4-cü dozanı qəbul edənlər üzrə isə müddətsiz kimi əks olunur. Birinci və ikinci vaksini almış, buster dozası olmayan şəxslərdə isə müvafiq müddət (ikinci dozadan 6 ay sonra) qeyd edilib.
Hazırda prosesə Daxili İşlər Nazirliyi Nəzarət edir. Polis tərəfindən nəzarət profilaktik tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır.
Maraqlıdır, ticarət mərkəzlərində və ictimai iaşə obyektlərində üçüncü doza vaksin vurdurmayan şəxslər aşkarlandıqda hansı tədbirlər görülür?
DİN-in mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, hazırkı qanunvericlikdə nəzərdə tutulur ki, yoxlama nəzarət tədbirləri sahibkarların üzərinə düşür: “Bu səbəbdən də, hansısa obyektdə və ticarət mərkəzində “buster” doza qəbul etməyən vətəndaş aşkarlandıqda həmin obyekt sahibkarı barədə qanunvericilikdə nəzərdə tutulmuş şəkildə tədbirlər görülür”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu
Turan Tovuz və Araz-Naxçıvan qollu bərabərlikdə
Bakıda maşın bazarında sürücülərə əlavə ödəniş şoku!