“Burger King”də vaxtı keçmiş məhsullar aşkarlandı - FOTO
Bakıda fəaliyyət göstərən restoranda istehlaka yararsız məhsullar aşkar olunub.
Bu barədə “Minval.info”ya Qida Təhlükəsizliyi Agentliyindən xəbər verilib.
Bildirilib ki, daxil olan məlumat əsasında Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., Füzuli küçəsinin kəsişməsi, məhəllə 720 ünvanında fəaliyyət göstərən, “Anar Food” MMC-yə məxsus “Burger King” restoranında keçirilmiş plandankənar yoxlama zamanı məhsulun qəbulu, saxlanması, emala hazırlanması və emalı prosesləri araşdırılıb.
Araşdırma zamanı emal prosesində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib, eyni zamanda restoranın dondurucu kamerasında hər birində 24 ədəd olmaqla, 31 ədəd karton qablaşdırmada, burgerlərin hazırlanması üçün nəzərdə tutulmuş, ümumi sayı 744 ədəd yararlıq müddəti bitmiş çörək aşkar edilib. Faktla bağlı qanunverciliyə uyğun müvafiq tədbirlər görülüb, istifadə müddəti bitmiş məhsulların istehlakının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda müğənni səhnədən pul səpdi - VİDEO
Bakıda azyaşlı faciəvi şəkildə həlak oldu
Qənirə Paşayevanın əziyyət çəkdiyi xəstəlik açıqlandı
İlham Əliyev: "Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, nə oldu?"
Bakıda bahalı maşının təkərlərini oğurladılar - FOTO