Burada bakirə qızlara evlənməyə icazə verilmir - Qəribə toy adətləri
Hər bir ölkənin özünə məxsus adət-ənənəsi var. Evlilik və toyla bağlı adətlər isə xüsusi rəngarənglik təşkil edir.
Minval.info dünyanın dörd bir tərəfindən maraqlı toy adətlərini təqdim edir:
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Pakistan

Pakistanda bəy gəlinin ailəsi tərəfdən səbir imtahanından keçirilir. Gələcək qohumlar bəyi ağır sözlərlə təhqir edirlər. Əgər kürəkən ailənin təhqirlərinə dözüb, əsəbiləşməzsə qızla evlənməsinə icazə verilir.
Mavritaniya

Bu ölkədə gəlin evlənməzdən əvvəl 100 kilo olmalıdır. Bəyin ailəsi gəlinə çoxlu yemək yedirdir, hətta əgər gəlin etiraz edərsə cəza tətbiq edilir.
Şimali Koreya

Əvvəllər Koreyada bəylər ayaqlarına ördək bağlayıb at üstündə gəlinin evinə gedirdilər. İndi isə simvolik olaraq taxta ördək istifadə edilir. Cütlük ördəyi tərs qoyarsa bu onların dalaşdığını, düz qoyarsa yaxşı yola getdiklərini bildirir.
Hindistan

Hindistanda bəy və gəlin üçün tonqal qalanır və ətrafında yastıq qoyulur. Tonqalın başına 4 dəfə dolandıqdan sonra ilk kim oturarsa, evdə də söz sahibi o olur.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Quam

Sakit okean sahilində yerləşən Quamda bakirələrin evlənməsi qadağandır.
Bosniya və Hersoqoviniya

Burada qızın sevgilisi evə dəvət edilir və uzun-uzun onunla söhbət aparılır. Sonda ailə izdivaca razılıq verirsə bəyə şirin, razı olmursa acı və ya duzlu qəhvə verilir.
İsveç

İsveç adətinə görə, gəlin makiyajını təzələmək üçün gəlin otağına gedən zaman toydakı bütün qadınlar bəyi öpmək üçün sıraya girir. Əgər bəy ortalıqda görünməzsə, kişilər gəlinin əlini öpürlər. Həmçinin qadınların toyda qırmızı geyinməsinə yaxşı baxmırlar. Əgər bir qadın toya qırmızı geyinibsə, bu, əvvəllər onun bəylə münasibətdə olduğunu bildirir.
Dəniz Kərimzadə
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar
