"Bununla dövlətdən külli miqdarda pul qoparacaqlar"
Bakının Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində dayanacağın yerinə tikilən obyekt barədə məlumatlar səngimir.
Minval.info xəbər verir ki, əvvəlcə bu binanın tikilməsi, ardınca bir hissəsinin üçması gündəm mövzusu olub.
Binəqədi sakini Ehtiam Mikayılov minval.info-ya bildirib ki, sözügədən məsələ ilə əlaqədar bir neçə qəzetə yazılı və şifahi müraciət eləmişəm ancaq nəticəsi olmayıb.
“Xahiş edirəm ki bu mövzunu aktual saxlayasınız. İnanın ki, səhərlər çox əziyyət çəkirik. Rayon icra başçısı qanunsuz olaraq dayanacağı obyekt kimi tikilişinə icazə verib. Bu qanunsuzluq nəinki əhalini narahat edir, hətta dövlətə ziyan vurur”.
Mikayılov bunu hər gün iki polis əməkdaşının tıxac olmasın deyə, həmin əraziyə nəzarət etməsi ilə izah edir: “Halbuki əsayiş keşikçiləri dövlətimizə və millətimizə yararlı olacaq başqa bir iş görə bilərlər. Digər tərəfdən sabah yol ensizdir deyə, dövlətdən küllü miqdarda pul qoparacaqlar. Belə ki, rayon icra başçısı dövlət qurumlarına müraciət edərək yolun genişlənməli olmasını səbəbə gətirərərək, sözügədən qanunsuz obyekti yol planına salacaq”.
Xatırladaq ki, yerli telekanallardan birində belə, bu mövzu ilə bağlı süjet hazırlanıb.
S.M
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda donuz qripi yoxdur, amma...
Təcili yardım niyə gecikir? - RƏSMİ AÇIQLAMA
ATV prezidentindən İlkinlə bağlı AÇIQLAMA
Hacı Mazanın səhhəti ilə bağlı nazirlikdən AÇIQLAMA