"Bundan sonra sahibkarların qapısını cəmi bir əl döyəcək"
Vergi Məcəlləsinə sahibkarlarla, sahibkarlıqla, vergi və sığorta yığımı ilə bağlı çox mühüm dəyişikliklər edilir. Bundan sonra həm sahibkarların işi yüngülləşəcək, həm də sığorta və vergi yığımı bir əldən olacaq, bunu cəmi bir qurum həyata keçirəcək.
Minval.info oxu.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadi Rəcəbli dilə gətirib.
O qeyd edib ki, yığımları bundan sonra ancaq Vergilər Nazirliyi həyata keçirəcək.
“Əvvəllər sahibkarların qapısını çox əl döyürdü, bu zaman bir qədər gərginlik, müəyyən neqativ hallar yaşanırdı. Ancaq bundan sonra sahibkarların qapısını ancaq bir əl – Vergilər Nazirliyi döyəcək. Bu da nəticə etibarilə həm sahibkarları əlavə gərginliklərdən, yükdən azad edəcək, həm də yığım prosesini gücləndirəcək”, – H.Rəcəbli əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!