Əbülfəs Qarayevlə Elçin Quliyevə cinayət işi açıldı - İDDİA
Azərbaycanın iki məşhur şəxsinin – sabiq Mədəniyyət naziri Əbülfəs Qarayev və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin “vurulmasının” şok detalları üzə çıxıb.
Bu barədə “Gununsesi.org” saytı məlumat yayıb.
Məlumata görə, hər iki şəxs Azərbaycandan külli miqdarda pulu Böyük Britaniyaya çıxarıb.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Britaniyanın Milli Cinayət Agentliyi bu vəsaitlərin oğurluq olmasından şübhələndiyi üşün Azərbaycan hökumətinə sorğu verib.
Məsələ ilə bağlı Britaniyanın “Evening Standard” qəzeti araşdırma aparıb.
Qəzetin yazdığına görə, hazırda məhkəmə subyekti olan korrupsiya hadisəsi Azərbaycanın keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayev və onun oğurluq vəsaitlərini idarə edən həyat yoldaşına aiddir.
Eyni məzmunlu araşdırma DSX rəisi və onun həyat yoldaşı haqqında da başlayıb.
Görünür, hər iki şəxsin bu qanunsuz əməllərindən ölkə rəhbərliyi xəbər tutduğundan onların “qələmini sındırıb”.
Gununsesi.org-un araşdırması zamanı isə bəlli olub ki, Azərbaycan hökuməti Britaniyaya çıxarılan vəsaitlərin büdcəyə qaytarılması üçün çalışır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda