Əbülfəs Qarayev: "Dövlət insanların yaradıcılıqla məşğul olmasına şərait yaratmalıdır”
“İstehsalata qoyulan vəsait müəyyən vaxtdan sonra mütləq geri qayıdır. Mədəniyyətə, insan zehninə, yaradıcılıq potensialına qoyulan sərmayə isə hansısa vaxt və meyarlarla ölçülməməlidir, bunlar fərqləndirilməlidir”.
APA-nın məlumatına görə, bunu “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” nazirlər panelində çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib. Onun sözlərinə görə, 100 min uşaq rəsm dərnəklərinə gedir, dövlət onları dəstəkləyir. Onlardan 1 və ya 10 nəfər Tahir Salahov çıxır:
“Tahir Salahovun yaratdığı əsərlər Azərbaycanın tanıdılmasına qoyulan sərmayə baxımından hansı vahidlə ölçülə bilər? Ona görə burada çox ciddi ikitərəfli proses getməlidir. Dövlət, cəmiyyət şərait yaratmalıdır ki, insanlar yaradıcılıqla məşğul olsunlar. Gəlir isə istehsal məsələsidir. Sözsüz ki, burada yeni meyarlar, ölçülər olmalıdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər