"Bulanıq suda balıq tutmaq zamanı bitib" - Mikayıl Cabbarov
“Ölkə.Az” xəbər verir ki, bunu Bakıda keçirilən “Vergilər, Şəffaflıq, İnkişaf” Forumunda çıxış edən vergilər naziri Mikayıl Cabbarov deyib.
M.Cabbarovun sözlərinə görə, ötən illərdə uçot sisteminin bərpası üçün sahibkarlara vaxt verilib. Bununla bağlı, bir sıra sahibkarlara qarşı vergi qanunvericiliyi çərçivəsində mübarizə aparılıb: “Artıq hamı anladı ki, bulanıq suda balıq tutmaq zamanı bitib”.
Nazir qeyd edib ki, yeni vergi yanaşması haqsız rəqabətin qarşısını alacaq: “Vergi sistemində islahatların aparılması zamanı Vergilər Nazirliyinin qarşısında iki mühüm ssenari var idi. Birincisi, vergi yükünün artırılması yolu ilə gedərək daxilolmaları artırmaq, ikincisi isə vergi yükünü azaltmaqla kölgəyə çəkilmiş bütün biznes strukturlarını, vergi ödəyicilərini geniş və bərabərhüquqlu vergi ödəməyə cəlb etmək idi. Azərbaycan hökuməti ikinci yolu seçdi”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neft bahalaşıb
Sabunçuda yolların yenidən qurulmasına 7,4 milyon manat ayrılıb
Azərbaycan nefti bahalaşmaqda davam edir
Azərbaycan neftinin ucuzlaşması davam edir
Neft kəskin ucuzlaşıb
