Bugünkü problem haker hücumu ilə bağlı deyil – Nazirlikdən açıqlama
Gün ərzində əksər saytlara girişdə problemlər yaşanıb.
Bu barədə sosial şəbəkə istifadəçiləri tərəfindən də paylaşımlar edilib. Problem təxminən 20 dəqiqəyə yaxın davam edib.
Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, bu gün yaşanan hal kütləvi xarakter daşımayıb: “İlkin olaraq bildiririk ki, hər bir texniki və server yüklənməsini haker hücumu ilə əlaqələndirmək düzgün deyil. Bu məqsədlə elektron media rəhbərlərinə tövsiyə olunur ki, öz serverlərinin təhlükəsizliyini və yüklənməsini mütəmadi nəzarətdə saxlasınlar. Əks halda informasiya mübadiləsi zamanı istifadəçilərin çoxluq təşkil etdiyi anlarda hostinq və serverlərin işində texniki problemlər, xüsusilə fasilələr yarana bilər. İlkin araşdırmamız göstərdi ki, məhz bu gün yaşanan hal kütləvi xarakter daşımayıb və haker hücumu deyil”.
Məlumatda o da qeyd edilib ki, vəziyyətlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti müvafiq istiqamətdə araşdırmaları davam etdirəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO