“Büdcədə artıq vəsait varsa, bunu xərcləmək lazımdır”

Deputat Vahid Əhmədov Dövlət Sosial Müdafiə Fondunun büdcəsində artıq vəsaitin qalması ilə razılaşmadığını bildirib.
Minval.info xəbər verir ki, deputatın sözlərinə görə, büdcədə artıq vəsait varsa, şəhid ailələrinə qazilər kömək etmək, bunu xərcləmək lazımdır: “Həmçinin əlilliyin təyinatında ciddi problemlər var. Uşaqlara müavinət 30 milyon manat məbləğində ayrılıb. Bu məbləğin artırılmasına ehtiyac var. Bundan əlavə, nəyə görə ölkədə Pensiya Fondu olmamalıdır? Bu fond olsa, insanlar lazım olanda müraciət edib vəsaitlərini ala bilərlər”.
Deputat Əli Məsimli də çıxışında pensiyaçıların probleminə toxunub. O qeyd edib ki, başqa ölkələrdə insanlar pensiyaya çıxanda onların romantik dövrü başlayır: “Bizdə isə pensiyaya çıxanda insanlar məşəqqətli dövrlərini yaşayır. Bu məbləğ onların qida və dərman təlabatını ödəməyə imkan vermir. Çünki ayrılan vəsait ona çatmır. Müavinətlərin artırılması 20,30,40 manat ətrafındadır. Ancaq bu da süni qiymət artımı nəticəsində monopolistlərin cibinə gedəcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycandan Gürcüstana pul köçürmələri 2 dəfədən çox artıb
Gennadi Nadolenko: “İlham Əliyev qalibdir, qalib isə həmişə haqlıdır”
Amazon 10 min işçini ixtisar etməyi planlaşdırır
Azərbaycanda bu məhsulların QİYMƏTLƏRİ ucuzlaşdı - SİYAHI
Neft yenidən ucuzlaşmağa başlayıb
BP-nin vitse-prezidenti: "Şahdəniz" Azərbaycan tarixində yeni səhifə açıb"
GUAM Azad Ticarət Zonası ilə bağlı yekun sənəd imzalanacaq