Bu vəsiqə vasitəsilə xaricdə rahatlıqla maşın sürə bilərsiniz

Respublikanın Vyana Konvensiyasına üzv olması milli sürücülük vəsiqəsinə malik vətəndaşların beynəlxalq sürücülük vəsiqəsi əldə etmələrinə imkan verir. Dilimizdəki ə, ö, ü, ğ və sair hərflərin xarici dövlətlərdə çətin oxunması problemini həll edən beynəlxalq sürücülük vəsiqəsi latın qrafikası ilə, eyni zamanda, ayrı-ayrı səhifələrdə alman, fransız, italyan, ingilis, çin və sair, ümumilikdə, 8 dildə çap olunur. Vəsiqə sahibi barəsində məlumatlar isə vəsiqənin son səhifəsində ingilis dilində tərtib olunur. Beynəlxalq sürücülük vəsiqəsi milli sürücülük vəsiqəsi təqdim edildikdə etibarlıdır.
Bu sözləri Axar.az-a açıqlamasında Baş Dövlət Yol Poisi İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Rüfət Quliyev beynəlxalq sürücülük vəsiqəsi ilə bağlı danışarkən deyib.
R.Quliyev bildirib ki, beynəlxalq sürücülük vəsiqəsi xaricə səyahət edən vətəndaşlarımızın rahatlıqla həmin ölkədə avtomobil idarə etməsinə kömək edəcək:
“Beynəlxalq sürücülük vəsiqəsinin verilməsi 1968-ci il Vyana Konvensiyası ilə tənzimlənir. Dünyanın bir çox inkişaf etmiş dövlətlərinin təcrübəsində geniş yayılan beynəlxalq sürücülük vəsiqəsi xarici dövlətlərdə avtomobil icarə edərkən, avtomobillə Konvensiyaya üzv dövlətlərin ərazisindən keçərkən, birbaşa və ya tranzit yük və ya sərnişin daşımaları zamanı istifadə olunur və sahibinə müstəqil olaraq ölkədən kənarda avtomobil idarə etməyə icazə verir”.
Şöbə rəisinin sözlərinə görə, beynəlxalq sürücülük vəsiqəsi əldə etmək istəyən vətəndaşlar Bakı şəhərində Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə, habelə Sumqayıt Regional Qeydiyyat İmtahan və Texniki baxış şöbəsinə şəxsiyyət vəsiqəsi, milli sürücülük vəsiqəsi, iki ədəd 3×4 ölcüdə rəngli fotoşəkil təqdim etməklə müraciət edə və qısa müddətdə ona yiyələnə bilərlər.
Şöbə rəisi sonda qeyd edib ki, beynəlxalq sürücülük vəsiqəsi əldə etmək istəyən şəxslərdən sürücülük bacarıqlarını yoxlamaq üçün əlavə imtahandan keçmək tələb olunmur:
“Xarici dövlətlərə səfərlər zamanı beynəlxalq sürücülük vəsiqəsinin imkanlarından yararlanmış soydaşlarımızın məmnunluq ifadə etməsi sahibinə rahatlıq və güvənlik verən bu vəsiqənin sınaqdan uğurla çıxdığını deməyə əsas verir”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gündüzlər mərkəzi yollarda işıqlar niyə söndürülmür? - “Azərişıq”dan cavab
Azərbaycanda avtomobil yandı, yolda tıxac yarandı — FOTO
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Hacı Muradın nəşi Qaxdan gizli çıxarılıb Rusiyaya aparıldı - Fotolar
Bazar gününə olan hava proqnozu açıqlanıb
Bakının məşhur kinoteatrı sökülür - Yerində ticarət mərkəzi tikilir - Foto
İş adamlarının kütləvi həbsi - Baş prokurorluğun rəsmi açıqlaması