Bu sürücülərin xüsusi imtiyazları ləğv edildi - RƏSMİ
Prezident İlham Əliyev “Şəhər elektrik nəqliyyatının sürücülərinə pensiyaya vaxtından tez çıxmaq hüququ verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 11 noyabr tarixli 448 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.
Minval.İnfo xəbər verir ki, fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
“Şəhər elektrik nəqliyyatının sürücülərinə pensiyaya vaxtından tez çıxmaq hüququ verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 11 noyabr tarixli 448 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991, № 21-22, maddə 398) ləğv edilsin”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib