Bu şəxslərə lizinq vermək qadağan edildi
Bu ilin yanvarın 1-dən etibarən Vergilər Məcəlləsinə dəyişikliklərin qüvvəyə minməsi bankların fiziki şəxslərə lizinq vermək imkanlarını da məhdudlaşdırıb. “Qafqazinfo” nun məlumatına görə, Məcəllənin 140.1-ci maddəsinə edilən dəyişikliyə görə, banklar fiziki şəxslərə lizinq verə bilməz. Lizinq hüquqü və fərdi sahibkarlara veriləcək.
Yeni dəyişikliyin mahiyyətini “Qafqazinfo”ya şərh edən iqtisadçı ekspert Samir Əliyev deyib ki, bundan sonra maliyyəni yalnız hüquqi şəxslər və fərdi sahibkarlar ala bilərlər: “Yəni, adi vətəndaş əgər sahibkar kimi uçotda durmayıbsa, lizinq götürə bilməz. Əvvəllər belə bir qadağa yox idi. Elə buna görə də mobil telefondan tutmuş şəxsi məqsədlər üçün avtomobil almaq istəyənlər lizinqə üz tuturdular.
Lizinq xidmətləri xüsusilə 2014-cü ildə genişlənməyə başladı. Həmin dövrdə Mərkəzi Bank bank və bank filiallarından kənarda, o cümlədən pərakəndə ticarət obyektlərində kredit verməyi qadağan etdi. Nəticədə istehlak kreditlərinin bir hissəsi lizinqə çevrildi. Vergilər Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən lizinq bir növ məişətdən biznes sektoruna çevriləcək. Bu da təbiidir. Çünki lizinqin mahiyyəti də biznesi dəstəkləmək, istehsal vasitələrini almağa pulu olmayan sahibkarlara bu vasitələri əldə etməyə imkan verməkdir. Dəyişiklik lizinq bazarının kiçilməsinə, lizinq şirkətlərinin azalmasına gətirib çıxaracaq. Bu dəyişiklik eyni zamanda istehlak kreditləşməsini artıracaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir
Jurnalistlərin binasındakı mənzillər satışa çıxarıldı - FOTOLAR
Bakının əsas yollarından biri 4 gün bağlı olacaq - RƏSMİ
Azərbaycanda yol qəzası rayonun bir hissəsini qazsız qoydu
Nazir Elşad Hacıyevi DİN-də yüksək vəzifəyə TƏYİN ETDİ
Sabahın hava proqnozu: güclü külək, yağış