Bu rayonlarda Sabah elektrik enerjisi kəsiləcək: Hansı ərazilər təsirlənəcək?
Avqustun 13-də bir sıra rayonlarda elektrik enerjisi kəsintiləri baş verəcək. Bu tədbirlər, elektrik enerjisinin keyfiyyətini artırmaq və artan tələbatı qarşılamaq məqsədilə həyata keçiriləcək.
Minval.info xəbər verir ki, “Azərişıq” ASC-nin məlumatına görə, Ağdaş Elektrik Şəbəkəsinə daxil olan Yuxarı Zeynəddin kəndi və şəhərin Səməd Vurğun, Arif Heydərov, Ağalı, Fariz Səfərov, Müşfiq İsayev küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisi kəsiləcək.
Göyçay Elektrik Şəbəkəsinin xidməti ərazisində isə Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədhüseyn Şəhriyar və Nizami Gəncəvi küçələrində saat 10:00-dan 15:00-dək enerji verilişi dayandırılacaq.
Yevlaxda isə Aşağı Bucaq, Ərəş, Xaldan, Qaraoğlan, Qəribli, Quşçu və Yuxarı Bucaq kəndlərinin bəzi ərazilərində planlı fasilə saat 10:00-dan 16:00-dək davam edəcək. Təmir işləri tamamlandıqdan sonra bu ərazilərdə yaşayan abonentlər daha keyfiyyətli və davamlı elektrik enerjisi ilə təmin olunacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib