“Bu məntəqələr ləğv olunsa belə, yenə də qalibəm” - Erkin Qədirli
Milli Məclisə VI çağırış üzrə mandat hüququ qazanmış “REAL”çı Erkin Qədirli bu səhər ATƏT-in uzunmüddətli müşahidəçiləriylə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edən hüquqşünas görüşü ATƏT nümayəndələrinin istədiyini və buna görə ofisə getdiyini bildirib:
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“Hər şeyi onlara dedim və göstərdim. MSK-ya şikayətimin nüsxəsini də onlara verdim. Bu arada, şikayət etdiyim və nəticələrinin ləğv olunmasını xahiş etdiyim məntəqələrin sayı 5-dən 8-ə yüksəldi (daha 3 məntəqədə pozuntuların olduğunu sonradan gördüm). Müşahidəçilərimizin aktlarını, aldığım səslərin gerçək sayıyla MSK-nın elan etdiyi səslər arasında fərqi, eləcə də başqa sübutları şikayətimə əlavə etdim”.
E. Qədirli bildirib ki, sözügedən 8 məntəqənin nəticələri ləğv olunduğu təqdirdə belə qalibdir:
“Bu məntəqələrin nəticələri ləğv olunarsa, yerdə qalan səslərlə mən yenə də udmuş sayılaram. Qanuna görə, məntəqələrin 2/5-sinin nəticələri ləğv olunarsa, dairənin nəticələri ləğv olunmalıdır. Mənim dairəmdə məntəqələrin 2/5-sinin sayı 12-dir. Mən 8 məntəqədən şikayət edirəm. Orada səsverməyə gəlmiş seçicilərin sayını artırmaq üçün hamının səsini artırıblar. Mən o məntəqələri onsuz da udmuşam, amma şişirdilmiş rəqəmləri qəbul edəsi deyiləm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda
