Bu məhsulların ölkəyə idxalı qadağan edildi – Xəstəlik

Qida Təhlükəsizliyi Agentliyi Rusiya Federasiyasının Primorski vilayətindən heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulması barədə qərar qəbul edib.
AQTA-dan Minval.İnfo-ya verilən məlumata görə, buna səbəb Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Primorski vilayətinin Mixaylovski rayonunda dabaq xəstəliyi qeydə alınması olub.
Əhaliyə xəbərdarlıq edən agentlik onu da qeyd edib ki, nəzarət tədbirləri gücləndirilərək, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiya Federasiyasının Primorski vilayətindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!