“Bu məhsullar insan orqanizminə zərərli deyil” – Rəsmi açıqlama
“Çörəkdə insan orqanizminə təhlükəli heç nə yoxdur”.
Bizim Yol xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Media və Təhlükəsiz qida” müzakirə sessiyasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, taxıl və taxıl məhsulları, un və un məhsulları, dənli bitkiıər tərkibinə görə zərərli deyil: “Bəzi həkimlər televiziyada canlı yayımda məsuliyyətsiz açıqlamalar verirlər”.
Qoşqar Təhməzli deyib ki, iribuynuzlu heyvanların kəsimində ciddi problemlər var: “Bizim cəmiyyətdə belə fikir var ki, heyvanlar göz önündə kəsilsə, daha yaxşıdır. Bu, yanlışdır. Bakı böyük bir sallaqxanaya çevrilib. İnsanlar bilmir ki, küçədə kəsilən iribuynuzlu heyvanın qanı ayağa bulaşıb evə aparılarsa, necə böyük təhlükə yaradır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır