"Bu, insanları məyus edir" - Xanlarovadan Firuzə İbadovaya

“Sənətkarlara sağkən layiq olduqları dəyər, ədalətli şəkildə verilməlidir. Çünki daha sonra gec olur…”.
MİNVAL.İNFO xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədə yazıb. Aktrisa Əməkdar artist Firuzə İbadova ilə bağlı paylaşım edərək, ona dəstək çıxıb:
“Ömrünün yarısını Azərbaycan mədəniyyətinə həsr etmiş Məhəbbət Kazımov, Baloğlan Əşrəfov və Zöhrə Abullayeva kimi sənətkarların “Əməkdar artist” fəxri adı ilə dünyalarını dəyişməsi, bir çox insanları məyus etmişdi. Firuzə İbadova da ömrünün yarısını Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. Gec olmadan, layiq olduğu dəyəri görməlidir. İnanıram ki, tez bir zamanda Firuzə xanımın sosial durumunun yaxşılaşdırılması üçün və sənət fəaliyyətinə aidiyyəti qurumlar tərəfindən diqqət və qayğı göstəriləcəkdir”.
Qeyd edək ki, F.İbadova 32 kvadratmetrlik şəraitsiz evdə yaşadığını bildirib. O, yaşayışının yaxşılaşdırılması üçün müraciət edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi