Bu il intizamsızlığa görə 17 sürücü işdən azad edilib
Hazırda “BakuBus” MMC-də 3 047 nəfər sürücü fəaliyyət göstərir.
Minval.info xəbər verir ki, bu barədə trend-in sorğusuna cavab olaraq “BakuBus” MMC-dən bildirib.
Bildirilib ki, cari ilin bu gününədək, intizam tələblərinə riayət etməyən hallara görə, əmək qanunvericiliyinə uyğun olaraq 17 sürücü işdən azad edilib, 125 sürücü isə yazılı və şifahi xəbərdarlıq alıb:
“Qeyd edirik ki, sürücülərin işə qəbul zamanı keçirilən təlimlərinin bir hissəsi sərnişinlə ünsiyyət və davranış qaydalarının təlim proqramına daxil edilir. Bundan əlavə, bütün sürücülərlə sərnişinlərlə münasibətlərə dair mütəmadi söhbətlər aparılır”.
Qurumdan vurğulanıb ki, 3 047 nəfərlik sürücü heyətinin hər birinin məsuliyyətli və peşəkar xidmət göstərməsi əsas prioritetdir:
“Bu səbəbdən, sərnişinlərlə münasibətdə pozuntu halları aşkarlandıqda, intizam prosedurları çərçivəsində müvafiq tədbirlər həyata keçirilir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib