10.09.2021 - 12:54
İqtisadiyyat
22 baxış
Bu il Ceyhan limanından 137 milyon barelə yaxın BTC nefti nəql edilib

Bu ilin əvvəlindən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən “BOTAS International Limited” (BIL) şirkəti Ceyhan terminalından 136,876 milyon barel xam neft nəql edib.
“MİNVAL.İNFO” şirkətə istinadən xəbər verir ki, bu həcmdə xam neft 188 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.
Ümumilikdə indiyə qədər limandan 3 milyard 707,9 milyon barelə yaxın xam neft 4 847 tankerə yüklənib.
BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC-dən xam neftin ilk tankerə yüklənməsi 2006-cı il iyunun 2-də baş tutub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Saxara" salonunda SMM işçisi xadimə kimi çalışdırılır!
19.09.2026 - 13:40
Neft qiymətləri həftəni ucuzlaşma ilə tamamladı
19.09.2026 - 11:27
Turan Tovuz və Zirə qarşılaşması: Həyəcan zirvədə!
19.09.2026 - 09:28
Vergi bəyannamələrini vaxtında təqdim etməyənlərə cərimə!
18.09.2026 - 23:05
İsveçrədə 23 yaşlı gənc ayda 8 min qazanır
18.09.2026 - 18:46
Manatın üzən məzənnəyə keçidi: Nələr gözlənilir?
18.09.2026 - 15:16
Neft bazarında qiymətlər enişdə davam edir
18.09.2026 - 11:25
Yelo Bank-ın müşahidə şurasına yeni üzv seçildi
17.09.2026 - 22:07