01.11.2021 - 10:23
Ölkə
16 baxış
Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar (SİYAHI)

Bu ilin on ayı ərzində Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.
Uşaqlara qoyulan adlar arasında ilk onluğu təqdim edirik.
Belə ki, ötən müddət ərzində oğlan uşaqlarına ən çox verilən ad Əli olub. Bu ad il ərzində 1299 uşağa qoyulub.
Beləliklə, yanvar-oktyabr aylarında Əli adı uşaqlara verilən adlar arasında öz populyarlığını qoruyub saxlayıb.
Bundan əlavə, doğumu qeydə alınan körpələrdən oğlan cinsindən olanlardan 1243-nə Yusif, 1239-na Hüseyn, 1189-na Uğur, 886-na Məhəmməd, 790-na Ömər, 692-nə Murad, 591-nə Raul, 553-nə Tunar və 552-nə isə Ayxan adı verilib.
Həmçinin qız uşaqları arasında Zəhra adı birinciliyi qoruyub. Bu il ərzində bu ad 1312 uşağa verilib.
Bundan əlavə, doğumu qeydə alınmış körpələrdən qız cinsi olanlardan 1041-nə Zeynəb, 985-nə Məryəm, 951-nə Aylin, 931-nə Fatimə, 887-nə Mələk, 777-nə Nilay, 767-nə Nuray, 666-na İnci və 598-nə isə Mədinə adı qoyulub.
Beləliklə, bu ilin yanvar-oktyabr aylarında uşaqlara ən çox qoyulan adlar Əli və Zəhra olub (report).
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
19.09.2026 - 14:22
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
19.09.2026 - 14:15
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
19.09.2026 - 13:33
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
19.09.2026 - 12:51
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
19.09.2026 - 12:37
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
19.09.2026 - 12:16
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!
19.09.2026 - 12:09
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayı başladı
19.09.2026 - 11:48