Bu il Azərbaycan iqtisadiyyatı 3,4% artacaq

Bu il üçün Azərbaycanda real iqtisadi artım 3,4%, 2020-ci ildə 3,1%, 2024-cü ildə isə 1,7% olacaq.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun “World Outlook” hesbatının aprel buraxılışında deyilir.
Hesabata görə, 2018-ci ildə bu rəqəm 1,4% olub.
“2018-ci ildə inflyasiya 2,3% təşkil edib, 2019-2020-ci illərdə isə 2,5%, 2024-cü ildə 3% olacağı gözlənilir”, – hesabatda deyilir.
Həmçinin IMF hesab edir ki, tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 2018-ci ildə ÜDM-də xüsusi çəkisi 12,6% olduğu halda, bu il 11,7%, 2020-ci ildə 13,3%, 2024-cü ildə isə 12,8% olacaq.
İşsizlik isə qarşıdakı illərdə dəyişməyərək 5% səviyyəsində qalacaq.
Qeyd edək ki, 2018-ci ilin oktyabrında yayılan “World Economic Outlook” hesabatında 2019-cu ildə Azərbaycanda ÜDM-in 3,6%, inflyasiyanın 3,3%, cari əməliyyatlar hesabının profisiti ÜDM-də xüsusi çəkisi isə 8,1% olacağı göstərilirdi. İşsizlik səviyyəsi isə 5% civarında olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi