20.02.2018 - 16:00
Gündəm
15 baxış
"Bu, jurnalist dələduzluğudur" - Ziya Məmmədov DANIŞDI
Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədov İsmayıllı rayonunda ona məxsus olduğu iddia edilən evin yanması barədə yayılan xəbərlərə münasibət bildirib.
Ziya Məmmədov Sfera.az-a müsahibəsində söyləyib ki, onun evinin yanması barədə yazılan xəbərlər yalandır:
“Birincisi, yanğın gözlənilməz hadisədir. Yəni, bu, hər kəsin başına gələ bilər. Digər tərəfdən isə mənim nə evim, nə də həyətim yanmayıb. Mənim heç nəyim yanmayıb. Kimin evi yanıbsa, bunun mənimlə heç bir əlaqəsi yoxdur. Bu, tam yalan və uydurma xəbərlərdir. Evim yanıbsa, gedib yoxlaya bilərlər. Bunu rayon İcra Hakimiyyətindən də çox asan öyrənə bilərlər. O zaman bilərlər ki, yanan ev mənə məxsus deyil”.
Ziya Məmmədov evinin yanması barədə yalan yazan jurnalistləri də qınayıb: “Bu, jurnalist dələduzluğudur. Buna başqa ad vermək mümkün deyil”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
14.10.2026 - 23:00
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
10.10.2026 - 16:48
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
10.10.2026 - 15:48
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
10.10.2026 - 12:18
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda
09.10.2026 - 12:28
Paşinyan Azərbaycan dilində mahnı ilə video paylaşdı
09.10.2026 - 10:38
