Bu gündən minimum pensiya 200 manatdır
Bu gündən etibarən Azərbaycanda əmək pensiyalarının minimum məbləği 40 manat artaraq 200 manat olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu, Prezident İlham Əliyevin 2019-cu ilin avqustun 14-də təsdiqlədiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda öz əksini tapıb.
Qanuna əsasən, 2019-cu il 1 oktyabr tarixindən əmək pensiyasının minimum məbləği 200 manat məbləğində müəyyən olunub.
Qeyd edək ki, bunadək əmək pensiyasının minimum məbləği 160 manat olub. Bununla da dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi, ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırılmış olub. Minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi