01.11.2021 - 09:54
İqtisadiyyat
1 baxış
Bu gündən işıq və qazın yeni qiymətləri qüvvəyə mindi

Azərbaycanda Tarif Şurasının qərarı ilə işıq və qazın yeni qiymətləri bu gündən qüvvəyə minib.
Minval.info bildirir ki, bu gündən elektrikin qiyməti istehlakı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts – 300 kVts arası (300 kVts daxil olmaqla) 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts müəyyənləşdirilib.
Bu günə kimi əhali üzrə tariflər aylıq istehlakı 300 kVts-dək olan hissə üzrə 7 qəpik, 300-dən yuxarı hissə üzrə isə 11 qəpik təşkil edirdi.
1 noyabr 2021-ci il tarixindən qazla bağlı əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb.
Daha əvvəlki qərrala isə istehlak edilən qazın 1200 – 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Daha bir tarixi anlaşma - neft yatağı Türkmənistanla birgə istismar ediləcək
22.01.2021 - 11:36
Prezident yeni yolun tikintisinə 20 milyon manat ayırdı
17.10.2018 - 18:40
Bu günün rəsmi valyuta məzənnələri
05.01.2018 - 11:04
ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb
14.03.2019 - 15:11
“Yelo Bank” zərərdən çıxmağın yeni yolunu - AXTARIR
25.11.2020 - 17:20
Avropada qazın qiyməti növbəti rekorda çatdı
30.09.2021 - 14:23
Azərbaycan neftinin qiyməti 77 dollara çatıb
08.12.2021 - 14:07