Bu gündən Bakı bulvarının bir hissəsinə giriş 5 günlük bağlanır
26-28 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar bu gündən etibarən Dənizkənarı Milli Parkın “Azneft” dairəsindən Bakı Dəniz Vağzalına qədər hissəsinə giriş bağlanacaq.
Minval.info xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai deyib.
N.Arpadarai bildirib ki, aprelin 25-dən etibarən Formula 1 yarışına bileti olan şəxslər həmin əraziyə daxil ola biləcəklər.
Onun sözlərinə görə, aprelin 25-dən etibarən yarışla bağlı Bakı bulvarında əyləncə proqramlarına başlanacaq: “Bulvar ərazisinə giriş aprelin 29-dan açılacaq”.
Qeyd edək ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.
2016-cı ildə “Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb – 378 km/saat.
Azərbaycana Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu yol 2 gün bağlı olacaq
ÜGT və Azərbaycan Gömrük Xidməti arasında əlaqələr müzakirə edilib
Bakıda küçəyə səbəbsiz çıxanlar 100 manat cərimə edildi - Fotolar
"Universitet elminə ümid bəslənilmir, inam göstərilmir...” - Rektor
Bürclər -
Baş nazirdən elektrik enerjisi haqda qərar