Bu gün vətəndaşların hansı hüquqi yardımları pulsuz alacağı açıqlanıb
Bu gün “Vəkillərin peşə bayramı günü” ilə əlaqədar müraciət edən şəxslərə pulsuz hüquqi yardım göstəriləcək.
“Report”un xəbərinə görə, bu, bütün vəkil qurumlarına şamil olunur.
Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin Aparat rəhbəri Fərhad Nəcəfov “Report”a bildirib ki, söhbət bir gün ərzində göstəriləcək hüquqi yardımdan gedir.
Aparat rəhbəri deyib ki, bu, əsas etibarilə cinayət işləri istisna olmaqla, digər sahələrdə şifahi və yazılı məsləhətlərin verilməsi, müxtəlif ərizələrin tərtibinə dair hüquqi yardımın fəaliyyətini əhatə edir: “Bu fəaliyyətlər ödənişsiz əsaslarla həyata keçiriləcək”.
Qeyd edək ki, VK-nın Rəyasət Heyətinin iclasında 30 iyul – “Vəkillərin peşə bayramı günü”ndə VK-nın Rəyasət Heyəti üzvlərinin Bakı şəhərində yerləşən ahıllar evlərindən birini ziyarət etməsi və oranın sakinlərinə ödənişsiz hüquqi yardım göstərilməsi barədə qərar qəbul edilib. Həmçinin bütün vəkil qurumlarına isə həmin tarixdə gün ərzində qurumlara müraciət edənlərə pulsuz hüquqi yardım göstərilməsi tövsiyə olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Diplomatlar Şuşada yallı rəqs etdi!
Sentyabr pensiyaları Bakı və Naxçıvanda ödənildi
Bakıda yeni M9 ekspres marşrutu işə düşür
Azərbaycanda leysan və dolu təhlükəsi: Xəbərdarlıq!
Qida tələbatı 50 faiz artır: Azərbaycan nə edəcək?
Bakıda 27 istiqamətdə nəqliyyat sıxlığı yaşanır
Bakıdakı 9 mərtəbəli yataqxana təmirə hazırlanır