Bu gün Çempionlar Liqası var - Afişa
Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək.
“Report” xəbər verir ki, yarımfinal mərhələsinin digər cavab matçında “Ayaxs” Hollandiyada İngiltərənin “Tottenhem” kollektivini qəbul edəcək.
İlk matçda rəqibinə 0:1 hesabı ilə uduzan London təmsilçisi məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Amsterdam klubuna final üçün istənilən heç-heçə sərf edəcək. “Tottenhem” isə ən azı iki top fərqi ilə qələbə qazanmalıdır. Qonaqların 1:0 hesablı qələbəsi qarşılaşmanı əlavə vaxta aparacaq.
Hər iki komandanın heyətində cəzalı oyunçu olmasa da, zədəlilər var.
Meydan sahiblərində Karel Eytinq və Hassan Bandenin matçı buraxacağı dəqiqdir. London klubu isə Harri Vink, Erik Lamela və Harri Keynin xidmətindən yararlana bilməyəcək. Yan Vertongen və Serj Oryenin durumuna isə oyun vaxtı aydınlıq gələcək.
“Ayaks” qrup mərhələsindən sonra ardıcıl olaraq İspaniya “Real Madrid”ini və İtaliya “Yuventus”unu mübarizədən kənarlaşdırıb. “Tottenhem” isə Almaniyanın “Borussiya” və ölkəsinin digər komandası “Mançester Siti”dən güclü olub.
Qeyd edək ki, bu qarşılaşmanın qalibi finalda “Liverpul”la qarşılaşacaq.
Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
8 may
23:00. “Ayaks” (Hollandiya) – “Tottenhem” (İngiltərə)
Baş hakim: Feliks Brıx (Almaniya)
Amsterdam. “Yohan Kroyf Arena”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı