Bu gün bəzi yerlərdə yağış yağacaq
Yanvarın 3-də bəzi yerlərdə yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər ayrı-ayrı yerlərdə zəif duman olacağı, gündüz isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5°, gündüz 7-10° isti təşkil edəcək.
Azərbaycan rayonlarında hava, əsasən, yağmursuz keçəcək, lakin gündüz bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 7-12° isti, yüksək dağlıq ərazilərdə 15-17° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!