“Bu, Fuad Poladovun uduşu yox, ölümü oldu”
Bu, mənim ata malımdır, dağıda bilərəm söhbəti olmamalıdır.
Axşam.az bildirir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı İTV-də yayımlanan “3D” proqramında deyib.
O söyləyib ki, hazırda incəsənətdə hegemonluq edən insanlar çoxdur:
“Bu mənim ata malımdır, dağıda bilərəm söhbəti olmamalıdır. Çox təəssüf ki, hələ də var. Biz isə buna susmaqla cavab veririk. Öhdəmə düşən vətəndaşlıq borcumu yerinə yetirirəm. Amma başqasına deyə bilmirəm ki, vətəndaş ol, adam ol. Buna mədəniyyətim imkan vermir. Onun şüuru var, özü başa düşməlidir ki, onun üçün danışdım, özüm üçün yox”.
Aktrisa bildirib ki, istedadlı gənclər qismən tükənib:
“İstedad Tanrının bəxşidir. Mənə elə gəlir ki, artıq onlar da tükənib. İstedadlı insanlar var, amma onlar teatr məktəbi keçmək istəmirlər, pul məktəbi keçirlər. Son zamanlar şəxslərə maraq artıb, ona görə də teatra gəlirlər. Ətrafımda adları olmayan aktyorlar, amma mən onlardan razıyam”.
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Sənətçi mərhum Xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrını tərk etməsi ilə bağlı danışıb:
“Fuad Poladov haqsızlığı götürmədi, sözünü deməyi bacaran aktyor idi. Fuad Poladov tüpürdü çıxdı, gərək sözünü deyərdi. Bu, onun uduşu olmadı, ölümü oldu. Fuad Poladova təsir edən hadisə onu qısa zamanda pis xəstəliyə yoluxdurdu və o vəfat etdi”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər