Bu dərmanı içən qadınların uşaqları gec danışır
Hamiləlik zamanı parasetamolun qəbulu ziyansız sayılır. Lakin son araşdırma bu iddianı şübhə altına salıb.
Minval.İnfo saglamolun.az-a istinadən bildirir ki, bu barədə The Mirror xəbər verib. Belə ki, İsveç alimləri 8-13 həftəlik hamiləliyi olan 754 qadına və daha sonra 2,5 il ərzində onların dünyaya gətirdiyi uşaqlara nəzarət ediblər.
Araşdırma zamanı alimlər fikir veriblər ki, hamiləliyin ilk 3 ayı ərzində 6 dəfə və bundan çox parasetamol həbini qəbul edən qadınların uşaqları daha tez-tez nitq problemləri ilə üzləşib. Bu uşaqlarda nitq inkişafının geriliyi müşahidə olunurdu.
Maraqlıdır ki, oğlanların nitq inkişafına ananın hamiləlik zamanı parasetamolun qəbulu təsir etmirdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib