Bu avtomobil nömrəsi 20 milyona satılır

Böyük Britaniyada F1 avromobil nömrə nişanını 12 009 995 funt-sterlinqə (16.9 milyon dollar) satışa çıxarılıb.
Minval.info saytı axar.az-a istinadən xəbər verir ki, “Avtonyus.ru” saytı isə əlavə dəyər vergisi (ƏDV) də nəzərə alınmaqla, nömrə nişanının dəyərinin 14 412 093 funt-sterlinqə (20 milyon dollardan çox) çatacağını yazıb.
F1 avtomobil nömrə nişanı “Chelsea Truck” kompaniyası və “Land Rover Defender” avtomobili üzərindəki düzəlişləri ilə məşhur olan “Kahn Design” atelyesinin sahibi Afzal Xan adlı iş adamına məxsusdur.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Afzal Xan F1 avtomobil nömrə nişanını 2008-ci ildə o zaman üçün rekord sayıla biləcək qiymətə – 440 min funt-sterlinqə (618 min dollar) satın alıb. Sözügedən nömrə nişanı hazırda “Bugatti Veyron Super Sport” avtomobilinə bağlanıb.
Xatırladaq ki, hazırda Böyük Britaniyada avtomobil qeydiyyat nişanları arasında rekord qiymət retro-idman avtomobili “Ferrari 250 GT SWB”də quraşdırılmış “25 O” nömrəsinə aiddir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar