BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

Azərbaycan 2020-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ən azı 4 milyon ton Türkmənistan neftinin nəql olunacağına ümid edir.
Bunu “S&P Global Platts”a müsahibəsində SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.
E.Nəsirov bildirib: “Ötən il təqribən 4,2 milyon ton türkmən nefti nəql etmişik. Cari ildə bu göstəricinin aşağı olacağını gözləyirik, lakin 2020-ci ildə ən azı 4 milyon ton olacaq”.
Şirkətin vitse-prezidenti vurğulayıb ki, Azərbaycan Mərkəzi Asiyanın digər ölkələri ilə də, xüsusilə nəql etmə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir:
“Bu yaxınlarda Qazaxıstanın “KazMunayQaz” şirkət ilə anlaşma memorandumu imzalamışıq. Ortamüddətli perspektivdə əməkdaşlığa Bakı-Tbilisi-Ceyhan üzrə Qazaxıstan neftinin tədarükünün yenilənməsi də daxil ola bilər”.
Qeyd edək ki, SOCAR Türkmənistan neftini Xəzər dənizi vasitəsilə tankerlərdə, daha sonra Bakı-Tbilisi-Ceyhan kəməri ilə tədarük edir. (Trend)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi