BŞBPİ jurnalistlərə müraciət edib
“Kütləvi tədbirlər zamanı ali məqsədi həqiqəti yaymaq, peşəkarlıq meyarı obyektivlik olan jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsi üçün hər hansı məhdudiyyət yoxdur”.
APA-nın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev jurnalistlərin kütləvi tədbirlər zamanı davranış qaydaları və təhlükəsizliyi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
E.Hacıyev qeyd edib ki, kütləvi tədbirləri və aksiyaları işıqlandırarkən jurnalistlər daha diqqətli və məsuliyyətli olmalı, prosesə müdaxilə etməməli, müşahidə funksiyasını yerinə yetirməlidirlər: “Jurnalistlərə peşə davranışının tələblərinə rəhbər tutmalarını, digər iştirakçılardan fərqlənmələri üçün Mətbuat Şurasının müəyyən etdiyi, üzərində “PRESS” yazılan gödəkcə geyinmələrini tövsiyə edirik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir