BŞBPİ 19 oktyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın oktyabrın 19-a təyin etdiyi mitinqlə bağlı təşkilatçılara xəbərdarlıq edib.
Bu barədə APA-ya mitinqin təşkilatçılarından Tofiq Yaqublu məlumat verib. O bildirib ki, BŞBPİ-nin dəvəti ilə bu gün saat 11:00-da idarədə olub. Bakı şəhər prokurorun köməkçisi və BŞBPİ-nin rəis müavini onlara xəbərdarlıq edib: “Bizə xəbərdarlıq edildi. Bildirdik ki, biz istənilən halda mitinqi keçirəcəyik”.
Qeyd edək ki, Milli Şura oktyabrın 19-na metronun “28 May” stansiyasının qarşısına mitinq keçirmək istəyi ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.
Bakı şəhər İcra Hakimiyyəti mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi “Neftçi” İdman Klubunun Qaradağ təlim – idman bazasında keçirilməsinə razılıq verilib.
Milli Şuranın Kordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli isə BŞİH-nin qərarı ilə razılaşmadıqlarını və mitinqin həmin tarixdə “28 May” metrostansiyası qarşısında keçirəcəklərini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?