Britaniyanın müdafiə naziri: "Rusiya müharibəni Ukraynadan kənara çıxara bilər"
“Rusiya müharibəni Ukraynadan kənara da çıxara bilər”.
“Minval.info” “Report”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.
“Putin çarəsiz halda müharibəni Moldovanın Dnestryanı bölgəsinə qədər genişləndirməyə çalışır. Biz Dnestryanıdakı hücumların təfərrüatını və onların arxasında kimin dayandığını hələ bilmirik. Lakin əgər bu, Rusiyadırsa, deməli, o, strateji səhv edib”, – o bildirib.
Nazir söyləyib ki, müttəfiqlər rus qoşunlarının Ukraynadan çıxarılmasına kömək etməlidirlər.
B.Uolles həmçinin vurğulayıb ki, London Ukraynanın işğal olunmuş Krımı qaytarmaq təşəbbüslərini dəstəkləyə bilər. Lakin bunun üçün əvvəlcə Rusiya fevralın 24-dək olan mövqelərinə qayıtmalıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ